Məzmuna keç

Kamran Əliyev göstərişlər verdi – FOTO

Noyabrın 20-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonundan olan vətəndaşları qəbul edib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.