Azərbaycanda IX sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, XI sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.
E-huquq.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, IX sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır.
