Məzmuna keç

Bakıda quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydaları açıqlandı – FOTO

Bakıda quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydaları açıqlanıb.

Bu barədə e-huquq.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Yeni işıqforların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.