Məzmuna keç

Bakıda və Abşeron yarımadasında külək güclənib – FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 24-ü saat 19:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, cənub-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Kəlbəcər və Şahdağda 20, Qobustanda 19, Xınalıqda 18, Xızıda 17 m/s-dək güclənir.