Məzmuna keç

XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır

Beynəlxalq gündəm də, Qara dənizdə olan kifayət qədər gərgin durum, Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi də Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşündə müzakirə mövzusu olub.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.

O deyib ki, bunlar hər iki ölkə üçün ciddi çağırışlardır:

“Bizim mövqeyimiz ondan ibarətdir ki, münaqişələr qısa müddətdə diplomatik yolla başa çatdırılsın”.

C. Bayramov həmkarına Azərbaycan-Ermənistan postmünaqişə dövrü barədə məlumatlandırıb, ona ən yeni inkişaflar barədə məlumat verib:

“Eyni zamanda görüşümüzdə azad olunmuş ərazilərdəki bərpa-quruculuq, vətəndaşlarımızın geridönüşü, baş verən yeniliklər, ciddi mina təhdidi barədə də həmkarıma məlumat verdim”.