Məzmuna keç

Siyəzəndə iki azyaşlı su kanalına düşdü

Siyəzən rayonunda iki azyaşlı Taxtakörpü–Ceyranbatan su kanalına düşüb.

E-huquq.az xəbər verir ki, hadisə noyabrın 28-də Siyəzən şəhəri yaxınlığında baş verib.

İlkin məlumata əsasən, uşaqlar kanalın kənarında oynayarkən suya düşüblər.

Azyaşlılardan biri xilas edilərək xəstəxanaya yerləşdirilib, digərinin isə axtarışları davam etdirilir.

Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.

Mənbə: APA