Gürcüstan Baş Prokurorluğu Tbilisi Şəhər Məhkəməsinin Vahid Milli Hərəkat Partiyasının üzvü Nika Melia ilə bağlı qərarından Apelyasiya Məhkəməsinə şikayət edib.
E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Apelyasiya Məhkəməsi 72 saat ərzində şikayətə baxmalıdır.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin iyunun 27-də qəbul etdiyi qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb. Gürcüstan Baş Prokurorluğu N.Melianın həbsini tələb edib. Deputatın toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.
