Məzmuna keç

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 69 nəfərə çatdı –

Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, hazırda xəstəxanalarda 220 nəfərin müalicəsi davam etdirilir.

***

21:45

Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

AFAD-dan bildirilib ki, zəlzələdən xəsarət alanların sayı 949-a çatıb.

Qeyd edək ki, AFAD Seferhisar rayonunda qeydə alınan 6,6 bal gücündə zəlzələdən sonra indiyədək Rixter cədvəli üzrə 975 afterşokun baş verdiyini yazıb.