“Dünyanın müxtəlif ölkələrində olan ermənilər Azərbaycana qarşı müharibəyə təhrik edilirlər. Bu kimi açıqlamalar bütün cəhdlərə qarşı böyük bir zərbədir”.
E-huquq.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan sülhdən danışdığı halda, danışıqlar prosesini məhv edir:
“Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanlara qarşı hücumlar davam etməkdədir. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən fosfor tərkibli silahlardan istifadə edilməyə başlanılıb".
