Məzmuna keç

Azərbaycan Avropa Oyunlarını 10-cu yerdə başa vurub – SİYAHI

Azərbaycan Avropa Oyunlarını 10-cu yerdə başa vurub - SİYAHI

Minskdə keçirilən II Avropa Oyunları başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan millisi Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla yekunlaşdırıb.

Ümumilikdə 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşaya bilib.

Medal sıralamasına Rusiya başçılıq edir. İkinci yeri meydan sahibləri Belarus tutub. Ukrayna isə üçüncü pillədə qərarlaşıb.

İlk “altılıq”da növbəti yerləri İtaliya, Hollandiya və Almaniya tutub. Daha üç milli – Gürcüstan, Fransa və Böyük Britaniya da Azərbaycan yığması kimi ilk “onluq”da qərarlaşıb.