Məzmuna keç

Baş Nazir Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”na uyğun olaraq, “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların Mərkəzləşdirilmiş Elekton Reyestr Sistemi” vasitəsilə məlumatların toplanması, vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif olunan güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi və nəticələrinin təhlili, qiymətləndirmənin nəticələri əsasında növbəti illər üzrə büdcə-vergi siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələrək nortmativ-hüquqi aktların layihələrinin hazırlanması nəzərdə tutulmuşdur.

Hazırda Maliyyə Nazirliyinin cəlb etdiyi podratçı tərəfindən vergi və gömrük sahəsində güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulması və aidiyyəti qurumların həmin Sistemə inteqrasiyası ilə bağlı müvafiq işlər yekunlaşmaqdadır. Nəticədə “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” formalaşdıqdan sonra bütün müəsissələr, təşkilatlar və ya ictimai birliklər tərəfindən güzəştlər üzrə müraciətlərin həmin Sistem vasitəsilə ötürülməsi və qiymətləndirilməsi həyata keçiriləcəkdir.