Məzmuna keç

Müdafiə Nazirliyi: Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur

Noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutur.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür", – məlumatda qeyd edilib.