Bakıda qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.
Məhkəmənin ilkin baxış iclası iyulun 3-nə təyin edilib.
Şikayət hakim İlqar Murquzovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.
O, günahını etiraf edib.
İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
