Məzmuna keç

“İşğaldan azad olunmuş torpaqlara əyani baxış zamanı Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq” –

"Azərbaycanın işğaldan azad olunan Füzuli bölgəsində qəbiristanlıq ermənilər tərəfindən tamam dağıdılıb. Onlar hətta qəbiristanlıqları belə vandalizm və barbarlığa məruz qoyublar".

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara əyani baxış keçirməklə Ermənistanın müharibə cinayətləri ilə bağlı daha çox fakt aşkarlanacaq: "Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın bütün izlərini silmək istəyib".