Məzmuna keç

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir –

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətləri bitmir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

H.Hacıyev bildirib: "Ermənilərin hücumu nəticəsində Bərdə rayonunda bir yeniyetmə oğlan həlak olub, Tərtər rayonunda isə bir mülki şəxs yaralanıb. Ermənistan tərəfindən öldürülən dinc əhalinin sayı artmağa davam edir".