Məzmuna keç

“Qarabağda təmas xətti boyunca rus və türk sülhməramlı qüvvələri yerləşdiriləcək”

“Dağlıq Qarabağ və Laçın dəhlizindəki təmas xətti boyunca rus və türk sülhməramlı qüvvələri yerləşdiriləcək”.

E-huquq.az xəbər verir ki, bunu Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli söyləyib.

O qeyd edib ki, Dağlıq Qarabağda 30 ildir davam edən erməni işğalına böyük zərbə endirlib və can Azərbaycan öz torpaqlarını geri qaytarılıb: "Çox şükür ki, haqq sahibini tapıb və türklər böyük zəfər əldə ediblər. Erməni silahlı qüvvələri tuttduqları torpaqdan sökülüb atılıb, qatil Paşinyan məğlubiyyəti etiraf edib. Əlləri titrəyə-titrəyə hazırlanan bəyanata imza atmağa məcbur olub. Ermənistan tökdüyü qanların əvəzini ödəyir. 30 illik zülm və işğal müddəti sona çatdı".

Sevgül Qasımzadə