Məzmuna keç

“Ermənilərə ən yaxşı halda mədəni muxtariyyət verilə bilər” –

Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir.

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı deyib.

O bildirib ki, bu gün Dağlıq Qarabağın statusu yoxdur:

“Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.

Səfir əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.