Məzmuna keç

Aptekə basqın edən qadın Ali Məhkəməyə müraciət edib

Aptekə basqın edən qadın Ali Məhkəməyə müraciət edib

Bakıda aptekə bıçaqla basqın etməkdə təqsirləndirilən Aygün Əliyevanın barəsində olan hökmdən kassasiya şikayəti verilib.

E-huquq.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən qadın daha yüngül cəzanın verilməsini istəyir.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin baxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə yerləşən aptekə gələn Bakı şəhər sakini A.Əliyeva orada işləyən qəsəbə sakini Xəyalə Nəcəfovanı bıçaqla hədələyib, kassadan 165 manat aparıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Əliyeva saxlanılıb.
İstintaq araşdırması zamanı məlum olub ki, o, daha əvvəldə məhkumluq həyatı yaşayıb.

A.Əliyevanın barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi A.Əliyevanın şikayətini təmin etməyib.