Məzmuna keç

Bakıda yol qəzası olub –

Heydər Əliyev prospekti-Hava limanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, bu barədə özünün "Facebook" səhifəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib: "Heydər Əliyev prospekti-Hava limanı yolunda (Bülbülə qəsəbəsi saatın yanı) yol nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə olunur".