Məzmuna keç

Ramil Həsən “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin sədri ilə görüşdü

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyinin sədri Hüseyn Büyükfıratla görüşüb.

E-huquq.az-ın məlumatına görə, görüş çərçivəsində Vətən savaşında canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri yad edilmiş, şəhidlərimizə rəhmət və yaralılara şəfalar dilənmiş, qazilərimizə can saglığı arzu edilib. Daha sonra Ramil Həsən Hüseyn bəyə Azərbaycanın başlamış olduğu II Qarabağ Vətən savaşında qardaş Türkiyənin bu çətin və şərəfli tarixi günlərdə vermiş olduğu hər bir dəstəyə görə bir daha təşəkkürlərini ifadə edib. Ali Baş Komandan, cənab prezident İlham Əliyev başda olmaqla, xalqımızın bütün çətinliklərin öhdəsindən uğurla gələcəyini və Azərbaycan-Türkiyə qardaşlığının hər iki ölkənin prezidentləri, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin başçılığı altında uğurla davam edəcəyinə əminliyini ifadə edib. Ucar rayonundan seçilmiş millət vəkili olaraq, Ramil Həsən rayonun problemlərinin həlli istiqamətində hökümətin və dövlətin atmış olduğu uğurlu sosial-iqtisadi layihələr barədə məlumat verib, görüşdə dövlətimizin şəhidlərimiz və onların ailələrinə, yaralılara və qazilərə böyük diqqət göstərdiyini xüsusilə vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi əsnasında Hüseyn bəy öz növbəsində Ramil bəyə dəvəti qəbul edib görüşə gəldiyi üçün təşəkkür edib və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu, o cümlədən dövlət başçılarının bilavasitə liderliyində iki ölkənin münasibətlərinin günü-gündən gücləndiyini bildiib. Qarabağ savaşında, həm də bundan sonrakı proseslərdə Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını ifadə edib. Həmçinin bu istiqamətdəki müzakirələr zamanı Hüseyn bəy Türkiyədən bir çox xeyriyyə quruluşlarının, şəxsən özünün birbaşa xeyriyyə aksiyalarında aktiv iştirak etdiyini, bunu xeyirxah insanların mənəvi borc olaraq bildiyini, şəhid ailələrimizə, yaralılara və qazilərə bundan sonra da dəstək vermək niyyətini və arzusunu ifadə edib.

Ramil Həsən belə bir təşəbbüsə qoşulduğuna görə Hüseyn bəyə xüsusi təşəkkür edib və qərara alınıb ki, Ucar rayonunda şəhid ailələrimizin, qazi və yaralılarımızın ailələrinə müəyyən istiqamətdə dəstək məqsədilə xeyriyyə aksiyası baş tutsun. Dövlət başçımızın və birinci Vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi yaralıları ilə görüşdə çağırışına səs verərək, millət vəkili belə bir xoş məramlı təşəbbüslə çıxış edib və xeyirxah iş adamları, o cümlədən Hüseyn Büyükfırat bu prosesə dəstək verib. Aksiya artıq başlanıb, Ucar rayonundakı şəhid ailələri, yaralı və qazilərimizin ailələrinə müvafq istiqamətdə dəstək həyata keçirilir.

Dövlətimizin siyasətinə uyğun olaraq xeyriyyə tədbirləri gələcəkdə də davam etdiriləcək.