Məzmuna keç

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qısqanclıq zəminində bıçaqlamaqda təqsirli bilinən Sənan Seyidovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü R.İsayeva yaşadığı evdə keçmiş əri S.Seyidov ilə mübahisə edib. O, qısqanclıq zəminində qadına bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Xəzər Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən hadisəni törədən S.Seyidov saxlanılıb.

İstintaq orqanı tərəfindən S.Seyidovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.