Məzmuna keç

Ləğv edilmiş MTN-in sabiq idarə rəsinin məhkəməsi başlayır

Ləğv edilmiş MTN-in sabiq idarə rəsinin məhkəməsi başlayır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əks-kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Ədalət Əsədullayev cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərin görə, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi məhkəmənin sədri Həbib Həsənovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 15-nə təyin edilib.

Qeyd edək ki, Ə.Əsədullayev ötən il həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Ə.Əsədullayev MTN ləğv olunandan sonra sərəncama götürülüb.