Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu və İnstitutun sabiq direktoru Nazim Məmmədov “İnşaatçı 3” MTK-nı məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən iddiaçılar konsol çıxıntıları və balkonlarının sökülməsi barədə tələb irəli sürüb.
İddia ərizəsində qeyd edilib ki, MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 14 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasından AMEA-nın ərazisinə konsol çıxıntıları və balkonlar çıxarılıb.
Fizika İnstitutu həmin çıxıntıları MTK-nın hesabına sökülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.
Qeyd edək ki, AMEA-nın Fizika İnstitutunun keçmiş direktoru N.Məmmədov Fizika-Riyaziyyat elmləri doktoru, akademik, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibidir. Ötən ay onun Fizika İnstitutunun direktoru vəzifəsində səlahiyyət müddəti bitib.
