Məzmuna keç

Bəraət alan şəxsin işi apellyasiya instansiyası məhkəməsinə göndərilib

Bəraət alan şəxsin işi apellyasiya instansiyası məhkəməsinə göndərilib

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Fərhad Ocaqnavinin barəsində olan bəraət hökmündən verilən kassasiya prostesti üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərarı tamamilə ləğv edib. Qərara əsasən, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, 2016-cı ilin mayın 22-də Səbail rayonu, Bibiheybət yolu 6 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Emil Məhərrəmovun idarə etdiyi “Mazda CX-9” markalı avtomobilə 1987-ci ildə anadan olmuş F.Ocaqnavinin sürdüyü “Ford” markalı avtomobil toqquşub. Nəticədə “Mazda”da olan sərnişinlərdən Bakı şəhər sakini Mikayıl Makravuz hadisə yerində ölüb. Avtomobillərdə olan daha 4 nəfər müxtəlif bədən xəsarətləri alıblar.

İstintaq orqanı baş verən qəzanın törədilməsində F.Ocaqnavini günahkar bilib və onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxaırlıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Prokuror kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.