Məzmuna keç

“Bakı Telefon Rabitəsi” inşaat şirkətini məhkəməyə verib

“Bakı Telefon Rabitəsi” inşaat şirkətini məhkəməyə verib

“Bakı Telefon Rabitəsi” MMC “Pilot İnşaat-A” MMC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Bakı Telefon Rabitəsi” cavabdehdən ümumilikdə 31604 manat dəymiş ziyanın ödənilməsini istəyib.

İddia tələbi onunla əsaslandırılıb ki, 25.10.2017-ci il tarixində Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində aparılan inşaat işləri zamanı “Pilot İnşaat-A” MMC-nin əməkdaşları tərəfindən aparılan qazıntı işləri nətixəsində “Bakı Telefon Rabitəsi” MMC-yə məxsus telekommunikasiya qurğuları dağıdılaraq istifadə üçün yararsız hala salınıb və MMC-yə 4186 manat məbləğində maddi ziyan dəyib.

Daha sonra 2 dəfə “Pilot İnşaat-A” MMC-nin əməkdaşları tərəfindən aparılan qazıntı nəticəsində “Bakı Telefon Rabitəsi” MMC-yə məxsus telekommunikasiya qurğuları dağıdılaraq istifadə üçün yararsız hala salınıb və MMC-yə maddi ziyan dəyib.

Beləliklə hər üç hadisə nəticəsində “Pilot İnşaat-A” MMC tərəfindən “Bakı Telefon Rabitəsi” MMC-yə ümumilikdə 31604 manat maddi ziyan vurulub.