Məzmuna keç

Məhkəmə piyadanı öldürməkdə təqsirləndirilən sürücü ilə bağlı bəraət hökmünü təkrar qüvvədə saxlayıb

Məhkəmə piyadanı öldürməkdə təqsirləndirilən sürücüyə bəraət verib

Bakı Apellyasiya Məhkəməsində Binəqədidə piyadanın ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Ramiz Mirzalıyevin barəsində verilən protestə baxılıb.

R. Mirzalıyevin vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi xəbərə görə, iclasda qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsə bəraət verilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmü təkrar qüvvədə saxlanılıb.

İttihama görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində "Vaz 2107" markalı avtomobil yolu keçən piyadanı vurub. Sürücü dərhal piyadanı xəstəxanaya çatdırıb. Yaralı Azərbaycanda bir müddət müalicə olunandan sonra Gürcüstana aparılıb. O, hadisədən 1 il 4 ay sonra Gürcüstanda dünyasını dəyişib.

Faktla bağlı Binəqədi rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.