Məzmuna keç

Sərtləşdirilmiş karantin dövründə vəkillərin fəaliyyətinə icazə veriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarının 2.1.7-ci maddəsinə əsasən, Kollegiya üzvləri vəkil vəsiqələri ilə sərbəst hərəkət edə biləcəklər.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hərəkət məhdudiyyətinin qüvvədə olmasını nəzərə alaraq bir daha,

1. Vəkillərə xidməti zərurət olmadıqca evlərini tərk etməmələrini və xüsusi ehtiyac olmadan ölkənin digər bölgələrinə səfərlər etməmələrini israrla tövsiyə edir;
2. Order markalarının əldə olunması, habelə itirilmiş və zədələnmiş vəsiqələrə görə VKRH-nin aparatının aşağıdakı nömrələri ilə əlaqə saxlanılmasının zəruri olduğunu qeyd edir:

Order markaları ilə bağlı: +994502301019

Vəsiqələr ilə bağlı: +994509779584; +994503179742