Məzmuna keç

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı –

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

E-huquq.az-ın məlumatına görə, Fərmana əsasən, fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.

Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.

Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.