Məzmuna keç

Bakıda anasını öldürən şəxsin məhkəməsi başlayıb

Hadisə bu ilin fevral ayında Bakının Nərimanov rayon ərazisində baş verib.

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Bakının Nərimanov rayon ərazisində baş verib. 26 yaşlı E.Müslümov mübahisə zəminində anası, 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Hadisədən sonra gənc evi tərk edib, bir gündən sonra mənzilə qayıdıb. O, evə təcili tibbi yardım çağırıb. Ancaq həkimlər qadının öldüyünü deyib. Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, E.Müslümov anasını smartfon telefon üstündə düşən mübahisədən sonra öldürüb. O, arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldıraraq, onu qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, E.Müslümov epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.