Bakı-Tbilisi sərnişin qatarının hərəkət etdiyi dəmir yolunda elektrik naqillərində yaranmış nasazlıq aradan qaldırılıb.
E-huquq.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 2 saatadək davam edən təmir işləri yekunlaşıb və qatar yola düşüb.
****
00:52
Eelektik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb.
E-huquq.az xəbər verir ki, bu barədə stansiyadan məlumat verilib.
Hazırda hadisə yerində təmir işlərinə başlanılıb.
****
00:30
Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.
E-huquq.az xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.
Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.
Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.
Yaralananlar barəsində hələlik məlumat yoxdur.
