Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Əsgərov Heydər Qulu oğlu vəfat edib.
E-huquq.az-ın məlumatına görə, 66 yaşlı H. Əsgərov koronavirusdan dünyasını dəyişib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Vəkillər Kollegiyasının üzvləri – Əli Ələkbərov, Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev koronavirusdan, İdris Qasımov isə uzun sürən xəstəlikdən vəfat edib.
