Sumqayıtda parkda faciə yaşanıb.
E-huquq.az xəbər verir ki, hadisə şəhərin dənizkənarı parkında “Göyərçin” abidəsinin yaxınlığında qeydə alınıb. Belə ki, axşam saatlarında parkda istirahət edən Sumqayıt şəhər sakini 1937-ci il təvəllüdlü Əliyev Sahib Əlövsət oğlu oturduğu yerdə keçinib. Onun bu yaxınlarda ürək əməliyyatı keçirdiyi bildirilir.
Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Mənbə: APA
