Məzmuna keç

Vətən Müharibəsində iştirak edən 7 vəkil təltif ediləcək

Vəkillər Kollegiyasının Vətən Müharibəsində iştirak edən 7 nəfər üzvü təltif ediləcək.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Vəkillər Kollegiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Bildirilib ki, Rəyasət Heyətinin 05.10.2020 tarixli qərarına əsasən, “Vətən Müharibəsi” ilə əlaqədar hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilib.

Bugünkü iclasda isə, 28 dekabr peşə bayramı münasibətilə həmin 7 vəkilin “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanları ilə təltif olunması və ailələrinə əlavə də 500 manat məbləğinin ödənilməsi ilə bağlı qərar qəbul olunub.