Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin fəaliyyətə başlamasından 1 il ötür.
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 22.02.2018-ci il tarixli Sərəncamından irəli gələrək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yaradılıb.
26.12.2019-cu il tarixdən fəaliyyətə başlamış Hüquqi Yardım və Tədris Mərkəzi əsas etibarı ilə vətəndaşlara peşəkar hüquqi yardımın göstərilməsini, mövcud qanunvericiliyə əsasən vəkillərin dövlət hesabına hüquqi yardımın göstərilməsinə cəlb olunduğu işlərin təşkil edilməsi və vəkillərə həmin işlər üzrə məhkəmə qərarı ilə müəyyən edilmiş haqqın vaxtında ödənilməsinin təmin edilməsi, habelə vəkillərin peşəkarlıq səviyyəsinin daha da artırılması üçün onların tədrisə cəlb olunması işlərini təmin etməkdədir.
Mərkəzin direktoru – Vəkillər Kollegiyasının üzvü Məmmədov Şahmar Elbrus oğlu, direktor müavini isə Vəkillər Kollegiyasının üzvü Salmanova Gülşən Arif qızıdır.
