Məzmuna keç

“Sülhməramlılara yox, Azərbaycan Ordusuna arxayın olmalıyıq”

“Biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

E-huquq.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə deyib.

Onun sözlərinə görə, əhali orada məskunlaşanda təxribatlar olmayacaq: “Biz təkcə sülhməramlılara arxayın olmamalıyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri 1 il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.