Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin “MAY VEY QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iddiaya baxılıb.
E-huquq.az verir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, iddia təmin edilib. Belə ki, “MAY VEY QRUP” MMC-nin dövlət büdcəsinə olan 400 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılacaq.
