Məzmuna keç

Prezident FHN-in əməkdaşlarını təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Əliyev Kamal Namiq oğlu – tibb xidməti polkovniki

Aslanov Fikrət Əhəd oğlu

“Əməkdar mühəndis”

Abdullayev Elmidar Cümşüd oğlu

Ağamirzəyev Ruslan Çoban oğlu

Ələsgərov Səyyad Əlməhəmməd oğlu

Qarayev Sahib Aslan oğlu

Quliyev İbrahim Sadıq oğlu.