22.10.2026
Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlandı, 30 nəfər öldü
Sosial

Azərbaycanda daha 803 nəfərdə koronavirus aşkarlandı, 30 nəfər öldü

Yan 3, 2021

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə e-huquq.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 30 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib, aktiv xəstə sayı 22689 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, ötən müddət ərzində isə ümumilikdə 2210426 test aparılıb.