Qarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir
Qarabağda atəşin dayandırılmasına nəzarəti və monitorinqi həyata keçirən Rusiya sülhməramlılarının müşahidə postları istehkam blokpostları ilə təchiz edilir.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, blokpostlar atıcı silahlardan və qəlpələrdən müdafiə, həmçinin ərazinin dairəvi müşahidəsinin aparılması üçün nəzərdə tutulub.

