SOCAR-ın Elm Fondu qrant müsabiqəsi keçirəcək.
E-huquq.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, şirkətin Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri hər zaman dəstəkləyib.
Fond tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan olunub.
