Məzmuna keç

Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də yazıb.

Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.