Məzmuna keç

Dövlətə xəyanətdə ittiham edilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Dövlətə xəyanətdə ittiham edilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

Qeyd edək ki, O.Rzaquliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellasiya şikayəti verib.