Məzmuna keç

Elman Rüstəmov inflyasiyadan danışdı

Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrda yenilənmiş proqnozlara görə, ölkədə inflyasiyanın 2021-ci ildə 4% diapozonunda formalaşacağı gözlənilir.

E-huquq.az-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu, fiskal stimullaşdırılma və istehlakın bərpası ilə bağlıdır.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda inflyasiya 2,8% təşkil edib.