Məzmuna keç

Məhkəmə tanınmış şirkəti cərimələyib

Məhkəmə tanınmış şirkəti cərimələyib

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “AKABE” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilinməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “AKABE” MMC inşaat sahəsində 2000-ci ildən etibarən fəaliyyət göstərir.