Məzmuna keç

“İnterpol” xətti ilə axtarışda olan Pakistan vətəndaşı Bakıda saxlanılıb

Oman Sultanlığının hüquq-mühafizə orqanlarının "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

E-huquq.az-ın məlumatına görə, beynəlxalq axtarışda olan Pakistan vətəndaşı 1981-ci il təvəllüdlü Furqan Varis Özbəkistan paytaxtı Daşkənddən Bakıya gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq polisə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report