Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 102 milyonu ötüb.
E-huquq.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Təşkilat qeyd edib ki, dünyada 2,2 milyon nəfərdən çox insan pandemiyanın qurbanı olub.
Qeyd edilir ki, yoluxma hallarının sayı 102 083 344-ə çatıb, koronavirusdan 2 209 195 pasiyent ölüb.
