Cənubi Qafqazın ən böyük şirkətlərindən olan “AZGRANATA” MMC daim öz fəaliyyəti və yenilikləri ilə seçilən şirkətdir. Burada istehsal edilən bir çox brendlər daxili bazarla yanaşı, xaricdə də yerini möhkəmləndirir.
Ağsu rayonunda yerləşən zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlərdə meyvə şirələrinin saxlanılması, şərab və tünd içkilərin saxlanılması anbarından, distillə sexindən, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması sexlərindən, hazır və köməkçi xammalın saxlanılması bölümlərindən ibarətdir.
Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuş zavodda yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssilər də çalışırlar.
Zavodda istifadə olunan yeni texnologiyalar, onların istehsal prosesindəki əhəmiyyəti barədə şirkətin baş texnoluqu, Moldovalı mütəxəssis Viktor Bankovla həmsöhbət olduq. O, “AZGRANATA” istehsal edilən məhsullar və üstünlükləri barədə danışıb.
Viktor Bankovun sözlərinə görə, Azərbaycandan iş təklifi aldıqda gəlməyə tərəddüd edib. Lakin gəlib "AZGRANATA"da yaradılan yüksək səviyyəli şəraiti gördükdə xeyli təəccüblənib. O, müasir avadanlıqlarla təhciz olunmuş zavodda çoxsaylı şərab növləri istehsal olunduğunu deyir və əlavə edir ki, burada müştərilərə şərabçılıq sahəsindən istədikləri bütün məhsulları əldə etmək imkan var. Mütəxəssis qeyd edir ki, zavoddakı texnologiyaların imkanları sayəsində alkoqollu şərablarla yanaşı, alkoqolsuz şərabların istehsalı mümkün olub. Onun sözlərinə görə, "AZGRANATA" Azərbaycanda bəlkə də yeganə şirkətdir ki, şərabçılıq sahəsində istehsalı mümkün olan bütün məhsulları müştərilərə təklif edə bilər.
Şirkətin üstünlüklərindən biri kimi özlərinə məxsus üzüm bağlarının olduğunu vurğulayan Viktor Bankov son iki il ərzində üzümlərin də müxtəlif çeşidlərini becərdiklərini deyib.
Alkoqollu içkilər sektoru üzrə istehsalat müdiri Namiq İbrahimov burada geniş çeşiddə məhsullar istehsal olunduğunu deyib. O bildirib ki, rəhbərliyin səyləri nəticəsində yüksək nailiyyətlər əldə olunub və zavodun istehsal potensialı gücləndirilib. Namiq İbrahimov son texnologiylara cavab verən avadanlıqlardan istifadə nəticəsində yüksək keyfiyyətli məhsullar istehsal etdiklərini qeyd edib.
Zavodda tünd içkilərin saxlanılması anbarı var ki, burada Şotlandiya texnologiyası əsasında emal edilmiş viski spirti Amerikan palıdından hazırlanan 500 litrlik çəlləklərdə saxlanılır. Bu palıd çəlləklər Fransadan gətirilib. Tünd içkilər anbarında viski ilə yanaşı 3 ildən 30 ilə qədər palıd çəlləklərdə saxlanılmış konyak spirtləri var. Azərbaycanda ən zəngin konyak ehtiyyatına görə “AZGRANATA" zavodunun tünd içkilər anbarını konyakın qızıl fondu adlandırırlar.
“AZGRANATA” zavodunun şərab saxlanma anbarında 128 ədəd paslanmayan rezervuar çən yerləşir ki, bu çənlərin hər birinin tutumu 1700 dekolitrdir. Eyni zamanda, anbarda Amerika və Fransadan gətirilmiş 225-350 litr tutuma malik palıd çəllləklər, İtaliyanın “Garbellotto” firmasının istehsalı olan 18 ədəd hər biri 800 dekolitr tutuma malik palıd butlar var. Bunlardan şərabların yüksək keyfiyyətdə yetişdirilməsi məqsədi ilə istifadə edilir. Burada temperatur bütün il boyu ərzində 14-16 dərəcə arasında stabil saxlanılır.
Zavodda müasir standardlara cavab verən Moderizasiya sexi yaradılıb. Sözügedən sexdə Madera tipli portvein şərabları alınır. Bunun üçün şərablar yüksək temperatur altında palıd çəlləklərdə saxlanılır. Saxlanma müddəti isə minumum üç ildir.
“AZGRANATA”da şirə emalı sexi də son texnologiiyalarla təhciz olunub. Zavodun illik istehsal gücü meyvə şirəsi üçün 100 milyon qablaşdırmadır.
Şirə istehsalı üzrə sex müdiri Mərdan Zeynalov dünyanın 35 ölkəsinə 25 adda məhsul ixrac olunduğunu bildirib. O, istehsal olunan məhsulların çeşidləri barədə məlumat verib.
Zavodda istehsal olunan bütün növ məhsullar laborator müayinədən keçir. Müasir avadanlıqlarla təhciz olunmuş laboratoriya qısa zamanda və dəqiq nəticə almağa şərait yaradır.
Laboratoriyanın mikrobioloqu Nərmin Bəşirli istehsal edilən bütün məhsullar üçün müxtəlif analizlərdən istifadə edildiyini deyib. Onun sözlərinə görə, keyfiyyətli məhsul istehsal olunması üçün düzgün laborator müayinənin aparılması mütləqdir.
Sonda qeyd etmək istəyirik ki, göründüyü kimi, "AZGRANATA" MMC mühühm inkişaf yolu keçən şirkətdir və fəaliyyətini daha da genişləndirir.
İnanırıq ki, "AZGRANATA" məhsullarından istifadə edənlər düzgün seçim etdiklərinə bu reportajdan sonra bir daha əmin oldular.
