Məzmuna keç

Tanınmış şirkətin əməkdaşı barəsində cinayət işi başlanılıb

Tanınmış şirkətin əməkdaşı barəsində cinayət işi başlanılıb

“OBA Retail Chain” MMC-nin pulunu mənimsəməkdə təqsirləndirilən Rüfət Babayevin cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Xətai Rayon Məhkəməsinıə göndərilib.

Cinayət işi hakim İbrahim İbrahimlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, R.Babayev “OBA Retail Chain” şirkətinin əməkdaşı olub. O, işlədiyi dövürdə öz qulluq mövqeyindən istifadə edərək, şirkətin pulunu mənimsəyib.

“OBA Retail Chain” MMC rəhbərliyinin şikayəti əsasında R.Babayev saxlanılıb və hüquq-mühafizə orqanları tərəfindən barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, “OBA Retail Chain” MMC Veysəloğlu Şirkətlər qrupuna daxildir. Şirkətin Azərbaycanda bir neçə mağazaları fəaliyyət göstərir.