Məzmuna keç

“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlının məhkəməsi başladı

“İnterpol” xətti ilə axtarışda olan azərbaycanlının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Altay Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, A.Abbasov 3 nəfər vətəndaşa qarşı külli miqdarda dələduzluq edib. Daha sonra o, ölkəni tərk edib və barəsində beynəlxalq axtarış qərarı çıxarılıb. “İnterpol” xətti ilə axtarışda olan 51 yaşlı A.Abbasov bu il Rusiya Federasiyasında saxlanılıb və Azərbaycana ekstradisiya olunub.