Məzmuna keç

Anar Bağırov Vəkillər Kollegiyasının inzibati binasının olmaması ilə bağlı məsələyə aydınlıq gətirdi

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün Bakı şəhərində binanın ayrılması məqsədilə tərəfimdən aidiyyəti dövlət qurumlarına son 3 il ərzində çox sayda müraciətlər göndərilib, danışıqlar aparılıb".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Q qeyd edib ki, indiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib: "Hal-hazırda Nazirlər Kabineti tərəfindən bu problemin tezliklə həlli üçün zəruri tədbirlər görülür.
İnanıram ki, tez zamanda Vəkillər Kollegiyası Bakı şəhərində normal fəaliyyəti üçün bütün vəkillərin evi sayılacaq müasir tələblərə cavab verən mərkəzi ofis binası ilə təmin olunacaq".